“Liverpul” “Qarabağ”la oyundan öncə uduzdu – Video


İngiltərə Premyer Liqasının 23-cü turunda son çempion “Liverpul” “Bornmut”un qonağı olub və 3:2 hesabı ilə məğlub olub.
Yeniavaz.com
xəbər verir ki, hesabı 26-cı dəqiqədə “Bornmut”un braziliyalı hücumçu Evanilson açıb.
33-cü dəqiqədə isə ispan müdafiəçisi Alehandro Ximenes top fərqini ikiyə çıxarıb.
“Liverpul” hollandiyalı müdafiəçi Vircil van Deyk (45) və macar yarımmüdafiəçi Dominik Soboslaynın (80) qolları ilə hesabı bərabərləşdirə bilsə də, meydan sahibləri əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə qələbə qolunu (mərakeşli hücumçu Amin Adli) vurublar.

Qeyd edək ki, “Liverpul” hazırda 36 xalla turnir cədvəlinin dördüncü, “Bornmut” isə 30 xalla 13-cü pilləsində qərarlaşıb.
Xatırladaq ki, “Liverpul” növbəti oyununu Çempionlar Liqasının əsas mərhələsinin sonuncu turu çərçivəsində doğma azarkeşləri qarşısında Azərbaycan təmsilçisi “Qarabağ” ilə qarşılaşacaq. Görüş yanvarın 29-u, Bakı vaxtı ilə 00:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top