Tramp Kanadanı 100%-lik tariflərlə hədələdi


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kanada Çinlə ticarət müqaviləsi bağlayarsa, bütün Kanada mallarına 100% tarif tətbiq edəcək.
Yeniavaz.com
xəbər verir ki, o, bunu sosial media hesabında yazıb.
Tramp hesab edir ki, Kanadanın Baş naziri Mark Karni (Tramp öz paylaşımında onu “qubernator” adlandırıb - red.) Kanadanı Çin malları üçün tranzit nöqtəsinə çevirə biləcəyini düşünürsə, dərin yanılır:
“Çin Kanadanı diri-diri yeyəcək, tamamilə istehlak edəcək, biznesi, sosial quruluşu və ümumiyyətlə həyat tərzini məhv edəcək. Kanada Çinlə müqavilə bağlayarsa, ABŞ-yə daxil olan bütün Kanada malları və məhsulları dərhal 100% tarif tətbiq olunacaq”.
“Reuters” agentliyinin məlumatına görə, Karni Çinə bu yaxınlarda səfəri zamanı Pekini etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş adlandırıb. Davos İqtisadi Forumunda o, həmçinin Avropa liderlərini Çindən investisiya cəlb etməyə çağırıb. 

DİGƏR XƏBƏRLƏR

Top