Məsumə Babayeva vəfat etdi


Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məlumat yayıb. 
Bildirilib ki, aktrisa bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edilib ki, aktrisa 23 sentyabr 1951-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Aktrisa 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı və 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top