Luçesku xəstəxanaya yerləşdirildi


Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klublarının keçmiş baş məşqçisi Mirça Luçesku səhhətinin pisləşməsi ilə əlaqədar Rumıniyada təcili xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ProSport” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Rumıniya milli komandasının hazırkı məşqçisinin səhhəti 2025-ci ilin sonunda pisləşib.
O, soyuqdəymə keçirib və bu, Luçeskunun uzun müddətdir davam edən ürək xəstəliyini daha da ağırlaşdırıb.
İndi milli komandanın məşqçisi Türkiyə ilə oyundan əvvəl potensial heyət üzvlərini qiymətləndirmək üçün Rumıniya millisinin Antalyadakı təlim-məşq toplanışına gedə bilməyəcək.
Xəstəxanada onun vəziyyətinin pisləşdiyi bildirilir.
Qeyd edək ki, 80 yaşlı Luçesku Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klubları ilə yanaşı İtaliyanın “Pisa” və “İnter”, Ukraynanın “Dinamo” və “Şaxtyor”, həmçinin, Rusiyanın “Zenit” klublarına da rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top