Tramp əlindəki göyərmələrin səbəbini açıqladı


ABŞ Prezidenti Donald Tramp əlindəki göyərmələrin səbəbini açıqlayıb.
Yeniavaz.com
Ağ Evə istinadla xəbər verir ki, o, bu barədə Davosdan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərlə söhbətində bildirib.
Tramp əlindəki göyərmənin masaya dəydikdən sonra yarandığını qeyd edib.
“Bir az krem ​​çəkdim, amma yenə də qaldı”, - Amerika lideri bildirib.
Tramp həmçinin çoxlu miqdarda aspirin qəbul etdiyini bidirərək, aspirinin zərərli təsirləri barədə xəbərdarlıq edib.
“Ürəyinizi qorumaq istəyirsinizsə, aspirin qəbul edin, amma göyərmək istəmirsinizsə, aspirin qəbul etməyin”, - Ağ Ev rəhbəri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top