Kanadaya da dəvət göndərmişdi – Geri götürdü


ABŞ Prezidenti Donald Tramp Kanadanın Sülh Şurasına qoşulması ilə bağlı Baş nazir Mark Karniyə göndərdiyi dəvəti geri götürdüyünü bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində qeyd edib.
“Hörmətli Baş nazir Karni, xahiş edirəm, bu məktubu indiyə qədər mövcud olmuş ən nüfuzlu liderlər şurasına qoşulmaq üçün sizə göndərilmiş dəvətin geri götürülməsinə dair rəsmi bildiriş kimi qəbul edin”, - Tramp bildirib.
ABŞ Prezidenti bu qərarın səbəbini açıqlamayıb.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza sülh prosesinin bir hissəsi olaraq yaradılan Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimi keçirilib. Nizamnamə 19 ölkənin nümayəndələri tərəfindən imzalanıb. Tramp digər dövlətlərin də təşkilata qoşulduğunu elan edib. Sülh Şurası Qəzza zolağını idarə etmək üçün yaradılıb, lakin onun digər regionlardakı münaqişələrin qarşısını almaq və həll etmək üçün də fəaliyyət göstərəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top