Dünyanın ən varlı futbol klubları açıqlandı


Dünyanın ən varlı futbol klublarının adları açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, siyahını “Deloitte” audit şirkəti təqdim edib.
Şirkət siyahını futbol klublarının 2024/25 mövsümündə dünya üzrə gəlirlərinə əsasən tərtib edib.
İspaniyanın “Real Madrid” klubu ardıcıl üçüncü mövsüm reytinqdə ilk yeri tutub. 2024/2025 mövsümündə “Kral klubu” 1,2 milyard avro gəlir əldə edib. İkinci yerdə 975 milyon avro gəlirlə digər İspaniya klubu “Barselona” qərarlaşıb. Üçüncü yeri isə 861 milyon avro gəlirlə Almaniyanın “Bavariya” klubu tutub.
2023/2024 mövsümündə “Real Madrid”in gəliri 1,046 milyard avro təşkil edib. “Kral klubu” bu nəticə ilə bir ildə 1 milyard avrodan çox gəlir əldə edən ilk klub kimi tarixə düşüb.
Qeyd edək ki, yanvarın 12-də “Real Madrid” Xabi Alonsonun baş məşqçi vəzifəsindən azad edildiyini elan edib. Alvaro Arbeloa müvəqqəti məşqçi təyin edilib. Bu vəzifəyə əsas namizədlər Yurgen Klopp, Enzo Mareska və Tomas Tuxeldir.

DİGƏR XƏBƏRLƏR

Top