
Birləşmiş Ərəb Əmirliklərində Amerika, Ukrayna və Rusiya nümayəndə heyətlərinin üçtərəfli görüşü keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davosdakı çıxışından sonra sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, danışıqlar 23-24 yanvar tarixlərində baş tutacaq. Zelenski bildirib ki, bu, texniki səviyyədə ilk belə görüş olacaq.
Ukrayna Prezidenti qeyd edib ki, ABŞ danışıqçıları Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gedirlər. Zelenski iddia edir ki, onlar Davosda ABŞ Prezidenti Donald Trampla görüşünün yekununu gözləyirlər:
Vladimir Putinin ABŞ nümayəndələri - Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner ilə danışıqları 22 yanvar axşamına planlaşdırılıb. Bu, Putin və Uitkoff arasında yeddinci görüş olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz