
“Sülh Şurasına 50-dən çox ölkə qoşulacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda şuranın təsis mərasimindən sonra jurnalistlərə bildirib.
Jurnalistlər ondan təşkilata neçə ölkənin qoşulacağını soruşublar.
“Onların sayı 50-dən çoxdur”, - Tramp bildirib.
Qeyd edək ki, Sülh Şurasının nizamnaməsinə görə, onun sədri ABŞ Prezidenti Donald Trampdır.
Tətbiqimizi yükləyə bilərsiniz