
UEFA Çempionlar Liqasında 7-ci tur üçün həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, siyahıya əsasən, “həftənin ən yaxşı oyunçusu” adı uğrunda dörd namizədin adı müəyyənləşib.
Siyahya “Real Madrid”dən cinah oyunçusu Vinisius Junior, “Sportinq”dən hücumçu Luis Suares, “Atletik Bilbao”dan cinah oyunçusu Robert Navarro, “Barselona”dan yarımmüdafiəçi Fermin Lopes daxil olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 6-cı turundan sonra “Arsenal”ın oyunçusu Noni Madueke həftənin ən yaxşı oyunçusu seçilib. Namizədlər arasında həmçinin, Kilian Mbappe, Fil Foden, Fermin Lopes və Markus Reşford da olub.
Xatırladaq ki, artıq 15 klub Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb: “Arsenal”, “Bavariya”, “Real Madrid”, “Liverpul”, “Tottenhem”, PSJ, “Nyukasl”, “Çelsi”, “Barselona”, “Sportinq”, “Mançester Siti”, “Atletiko”, “Atalanta”, “İnter”, “Yuventus”.
Tətbiqimizi yükləyə bilərsiniz