
Psixoloji triller janrında çəkilmiş “Səkkiz” serialının yayımı bərpa olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı Hikmət Rəhimov sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, serialın 2-ci bölümü yanvarın 24-ü, saat 23:00-da ARB kanalında yayımlanacaq.
“Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq”, - deyə H. Rəhimov bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələr işlədildiyi üçün ARB kanalının yayımı 3 saatlıq dayandırılıb. Daha sonra isə serialın yayımının həm yutub, həm televiziya, həm də kinoteatrda dayandırılması barədə qərar verilib.
Tətbiqimizi yükləyə bilərsiniz