
Türkiyə bayrağına qarşı təxribat xarakterli hücumla əlaqədar 14 nəfər saxlanılıb.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat yayıb.
O, dövlət bayrağına qarşı hücumla bağlı istintaqın davam etdiyini bildirib.
Nazir 393 nəfərə qarşı məhkəmə prosesinin başladığını, onlardan 35-i haqqında həbs qərarı verildiyini, ümumilikdə 105 nəfər haqqında həbs qərarı olduğunu əlavə edib. O, 50 nəfərin də axtarışda olduğunu qeyd edib.
Qeyd edək ki, ötən gün Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz