
Fransa Qrenlandiyada NATO təlimlərini keçirməyi təklif edib.
Yeniavaz.com xəbər verir bu barədə “Reuters” agentliyi Yelisey Sarayına istinadla məlumat yayıb.
Məlumata görə, Fransa hərbçiləri təlimlərdə iştirak etməyə hazırdırlar.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməsinin vacibliyini bildirib. Belə ki, birinci müddətində o, adanı satın almağı təklif etmiş, 2025-ci ilin mart ayında isə onun ilhaq edilə biləcəyinə əminliyini ifadə etmişdi. Tramp, həmçinin məsələnin güc tətbiqi ilə həll edilməsi ehtimalını da istisna etməmişdi. 6 yanvar 2026-cı ildə isə Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya və Polşa liderləri birgə bəyanatla Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəyliklərini ifadə etmişdilər.
Tətbiqimizi yükləyə bilərsiniz