Cənubi Koreyada keçmiş baş nazirə 23 il iş verildi


Cənubi Koreyanın keçmiş Baş naziri Han Dok Su 2024-cü ildə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar konstitusiya quruluşuna qarşı üsyan etdiyinə görə, Birinci instansiya məhkəməsi tərəfindən 23 il həbs cəzasına məhkum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.
Han Dok Su çevrilişdə əsas fiqur kimi iştirak etməkdə və sui-qəsdçilərin liderinə, yəni keçmiş prezident Yun Sok Yola kömək etməkdə ittiham olunur.
Prokurorlar ona 15 il həbs cəzası tələb edirdilər.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında Yun Sok Yol konstitusiyanı pozaraq, hərbi vəziyyət elan edib və buna görə də, sonradan hakimiyyətdən uzaqlaşdırılıb. Han Dok Su o dövrdə baş nazir, daha sonra isə Koreya Respublikasının müvəqqəti prezidenti vəzifəsini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top