
“Real Madrid”in hücumçusu Vinisius Junior yaxın gələcəkdə klubdan ayrılmaq istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Periodico” nəşri məlumat yayıb.
Məlumata görə, futbolçunun qərarına bəzi azarkeşlərin tənqidi səbəb olub.
Vinisius arzu olunmadığı yerdə oynamaq istəmədiyini bildirib.
Qeyd edək ki, 26 yaşlı braziliyalı “Real Madrid”də bu mövsüm bütün yarışlarda 22 oyun keçirib, beş qol vurub və yeddi məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Əgər tərəflər arasında razılıq əldə olunmasa, Vinisiusun növbəti transferinin Səudiyyə Ərəbistanı liqası olacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl “Albasete” azarkeşi Vinisiusa banan qabığı atmış və onu “meymun” adlandırmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz