
ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Qəzza zolağındakı “Sülh Şurası”nın həmtəsisçilərinə qoşulmağa dəvət edib.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında yazıb.
“BMT Təhlükəsizlik Şurası 2803 saylı qətnamədə ABŞ Prezidenti Donald Trampın elan etdiyi Qəzzadakı münaqişəyə son qoymaq üçün Hərtərəfli Planı dəstəkləmək qərarına gəlib. Bu təşəbbüsün bir hissəsi olaraq, Qəzzada “Sülh Şurası” və təhlükəsizlik və yenidənqurma işlərinə cavabdeh olan digər qurumlar yaradılır. 16 yanvar 2026-cı ildə ABŞ Prezidenti “Sülh Şurası”nın təsisçi sədri olaraq prezidentimizi şuranın həmtəsisçilərinə qoşulmağa dəvət edən bir məktub göndərdi”, - Duran yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz