“Mossad” rəhbəri ABŞ-yə getdi – İran müzakirə olunacaq


İsrailin xarici kəşfiyyat agentliyinin (“Mossad”) rəhbəri David Barnea ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla İrandakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün ABŞ-yə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerikanın “Axios” xəbər agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Uitkoff və Barneanın danışıqları Mayamidə keçiriləcək.
Məlumatda bildirilir ki, “Mossad” rəhbərinin bu həftə sonu ABŞ Prezidenti Donald Trampla görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top