
İstanbul Baş Prokurorluğunun narkotik araşdırması çərçivəsində 15 nəfər tərəfindən aparılan narkotik testlərinin nəticələri açıqlanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Ədliyyə Tibb Qurumunun apardığı müayinələr nəticəsində aşağıdakı şəxslərdə kokain varlığı müəyyən edilib.
Bədənlərində narkotik maddə aşkarlanan şəxslər bunlardır: sosial media fenomeni Rabia Karaca, “Miss Turkey 2016”nın qalibi və model Buse İskenderoğlu, İpek Mintaş, Serap Şaylan, Rabia Yaman, Burak Güngörmedi, Rəsul Arslan Emrah Gencer, Yasin Burak Becek, Dilara Ege Çevik, Tuğrulbəy Aran, Cengiz Can Atasoy, Cihan Güler, Ayhan Yücesoy və Zohaer Majhadi.
Həmçinin qeyd edilib ki, “thebacim” kimi tanınan Şebnem İnan, sosial media fenomeni Nilay Didem Kılavuz, menecer Haluk Şentürk, “Süzer Holdinq” İdarə Heyətinin üzvü Əli Baran Süzer və Ömər Can Kılıçın nəticələri mənfi çıxıb.
Tətbiqimizi yükləyə bilərsiniz