Təbrizdə hərbi vəziyyət elan edildi


İranın Təbriz şəhərində hərbi vəziyyət elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Svobodniy İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, vətəndaşlara axşam saat 20:00-dan sonra çölə çıxmaq qadağandır.
Təbrizdəki Böyük Bazarın, eləcə də böyük ərzaq mağazalarının bağlandığı bildirilir:
“Bəzi kiçik pərakəndə satış məntəqələri müəyyən saatlarda açıq olsa da, zəruri mallara çıxış məhdud olaraq qalır”.
Xatırladaq ki, İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar dekabrın 28-də başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini artırıb, göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə edib. Yanvarın 8-də hakimiyyət İranda interneti bağladı. Bəzi ərazilərdə telefon xidməti də məhdudlaşdırılıb. Bunun hökumətin etirazçılara qarşı basqınının bir hissəsi olduğu düşünülür.

DİGƏR XƏBƏRLƏR

Top