
“Borussiya Dortmund” və “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Real Madrid”də işləməyi ciddi şəkildə nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Florian Plettenberq sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, ya “Real Madrid”, ya da Almaniya millisi Kloppu məşqçiliyə qayıtmağa sövq edə bilər. Qeyd olunur ki, alman mütəxəssis həmişə bir gün “Los Blancos”u idarə etmək fikrinə açıq olub.
“Los Blancos” daha əvvəl ötən yay komandanı idarə edən Xabi Alonsonun ayrıldığını açıqlayıb. Alvaro Arbeloa hazırda “Real Madrid”in baş məşqçisidir.
“Real Madrid” 19 oyunda 45 xalla İspaniya çempionatının cədvəlində ikinci yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz