“Arsenal” Arteta ilə müqaviləni uzatmaq istəyir


İngiltərənin “Arsenal” klubu baş məşqçi Mikel Arteta ilə müqaviləni 2029-cu ilə qədər uzatmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial media hesablarında məlumat yayıb.
43 yaşlı ispan mütəxəssisin klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Qeyd edək ki, “Arsenal” 2025/26 mövsümündə 21 oyundan sonra 49 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.
Bundan əlavə, Mikel Artetanın komandası altı oyundan sonra 18 xalla Çempionlar Liqasının ümumi turnir cədvəlində ilk yerdədir. “Arsenal” Çempionlar Liqasında yalnız bir qol buraxıb.

DİGƏR XƏBƏRLƏR

Top