UEFA ofsayd qaydasının dəyişdirilməsi təklifini qəbul etmədi


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ofsayd qaydasının dəyişdirilməsi təklifini qəbul etməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, daha əvvəl İspaniyanın “AS” qəzeti Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) yanvarın 20-də ofsayd qaydalarını dəyişdirməyi nəzərdən keçirəcəyini bildirmişdi.
Hazırda, hücum edən oyunçunun bədəninin hər hansı bir hissəsi ötürmə zamanı qapıçı da daxil olmaqla, sonuncudan sonrakı müdafiəçidən rəqib qapısına daha yaxın olarsa, epizod ofsayd hesab olunur. Təklif isə, ötürmə zamanı hücum edən oyunçunun tamamilə, qapıçı da daxil olmaqla, sonuncudan sonrakı müdafiəçidən rəqib qapısına daha yaxın olması ilə bağlı olub.

DİGƏR XƏBƏRLƏR

Top