
Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 90 dolları keçib.
Bakı vaxtı ilə saat 07:55-ə olan məlumata görə, qiymətli metalın qiyməti 4,59% artaraq 1 troy unsiyası üçün 90,03 dollara çatıb.
Bakı vaxtı ilə saat 08:10-a olan məlumata görə isə, gümüşün qiyməti artımını sürətləndirərək, 1 troy unsiyası üçün 90,83 (5,2%) dollar təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz