
İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi yenidən ABŞ Prezidenti Donald Trampa müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pəhləvi sosial şəbəkə hesabında paylaşım edib.
“Senator Qrem haqlıdır, Prezident Tramp Obama (ABŞ-nin keçmiş prezidenti Barak Obama - red.) deyil və onun İrandakı etirazçıları dəstəkləyən sözləri bunu göstərir”, - paylaşımda deyilir.
Varis bildirib ki, hazırda hərəkətə keçmək zamanıdır:
“Prezident fəaliyyət və sülh adamıdır. O, dünyanın indiyə qədər gördüyü ən böyük sülhü gətirmək üçün hərəkətə keçə bilər. İran əhalisi çevrilişə hazırdır və bunun üçün ABŞ liderinin dəstəyi kifayətdir. Belə olan halda minlərlə insan xilas ediləcək və bu, İran üçün Prezident Trampın mirası olacaq”.
Xatırladaq ki, ötən həftə Pəhləvi Trampa müraciət edərək, İrandakı hadisələrə diqqət üçün çağırış edib.
Tətbiqimizi yükləyə bilərsiniz