
Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 85 dolları keçib.
Bakı vaxtı ilə saat 17:05-ə olan məlumata görə, qiymətli metalın qiyməti 7,18% artaraq 1 troy unsiyası üçün 85,03 dollara çatıb.
Bakı vaxtı ilə saat 17:20-ə olan məlumata görə isə, gümüşün qiyməti artımını yüksəldərək, 85,5 (7,76%) dollar təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz