
Pakistanda partlayış baş verib.
Yeniavaz.com “ABC News”a istinadən xəbər verir ki, hadisə nəticəsində altı polis əməkdaşı həlak olub.
Hadisə Pakistanın şimal-qərbində Əfqanıstan sərhədi yaxınlığında baş verib. Bomba hüquq-mühafizə orqanlarının avtomobilini hədəf alıb. Partlayış nəticəsində yerli polis rəisi də daxil olmaqla altı polis əməkdaşı həlak olub.
Təhlükəsizlik orqanları hadisə ilə bağlı əlavə məlumat verməsə də, hadisənin bölgədə yaraqlıların zorakılığının artdığını vurğulayıb. Partlayışla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz