Bakıda evlərdən oğurluq edənlər saxlanılıb


Paytaxtın Sabunçu və Binəqədi rayonundakı iki evdə oğurluq edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mənzillərdən 8500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 2000 manatlıq noutbuk və qol saatı naməlum şəraitdə oğurlanıb.
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı R.Quliyeva və əvvəllər məhkum olunmuş 46 yaşlı A.Qəniyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top