Böyük Britaniya səfiri İran XİN-ə çağırıldı


Britaniya səfiri Huqo Şorter Londondakı İran səfirliyində bir etirazçının bayrağı dəyişdirməsindən sonra İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın dövlət televiziyası (IRIB) məlumat yayıb.
“Tehrandakı Britaniya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona qarşı sərt etiraz bildirilib”, - məlumatda qeyd edilib.
Hadisə şənbə günü İrandakı etirazlara dəstək üçün nümayişlərin keçirildiyi Londonda baş verib. Belə ki, naməlum şəxs İranın Londondakı səfirliyinin eyvanına çıxıb və diplomatik nümayəndəlikdən asılan İran bayrağını çıxararaq, onu inqilabdan əvvəlki bayraqla əvəz edib. Məsələ ilə bağlı iki nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top