Qızıl külçələrin ölkəyə gətirilməsinin qarşısı alındı


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd “PAMP” markalı qızıl külçələr aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top