
İran hakimiyyəti iğtişaşlarda həlak olanlar üçün üç günlük milli matəm elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası və radiosu bəyanat yayıb.
Bəyanatda İran Prezidenti Məsud Pezeşkianın da matəm mərasiminə qoşulacağı qeyd edilib. O, həmçinin ölkə vətəndaşlarını yanvarın 12-də keçiriləcək milli yürüşdə iştirak etməyə çağırıb.
Qeyd edək ki, dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar başlayıb. Buna cavab olaraq hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, o cümlədən gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edib. Ən böyük nümayişlər Tehranda, ən şiddətli toqquşmalar isə qərb və cənub-qərb şəhərləri olan Məlikşah, Kirmanşah və Lordeqanda baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz