
Nobel Komitəsi bəyan edib ki, Nobel mükafatı başqa şəxsə verilə bilməz.
Yeniavaz.com xəbər verir ki, Komitə bu barədə açıqlamanı Venesuelanın müxalifət lideri Maria Corina Maçadonun Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa verməyə hazır olduğunu bəyan etməsi fonunda yayıb.
“Nobel Fondu Nizamnaməsinin 10-cu maddəsinə əsasən, mükafatın verilməsi qərarı ləğv olunmur və qərara yenidən baxıla bilməz. Nobel mükafatı geri götürülə, bölünə və ya başqa şəxsə verilə bilməz. Qərar elan edildikdən sonra əbədi olaraq qüvvədə qalır”, - Komitənin məlumatında deyilir.
Xatırladaq ki, 2025-ci il Nobel Sülh Mükafatı Maçadoya verilib. Bundan əvvəl Tramp dəfələrlə mükafatı almaq istəyini bildirmişdi.
Venesuela Prezidenti Nikolas Maduro həbs edildikdən sonra, yanvarın 6-da Maçado ABŞ prezidentinə Nobel Sülh Mükafatını verməyə hazır olduğunu bildirib. Venesuela müxalifət lideri 3 yanvar hadisələrinin regionun tarixinin gedişatını əbədi olaraq dəyişdirdiyini və ölkənin azadlığına yol açdığını vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz