
“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays bir həftə ərzində iki dəfə sürət həddini aşdığı üçün altı ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, yarımmüdafiəçi ilk dəfə yanvarın 3-də Londonun Surrey şəhərində yerləşən malikanəsinin yaxınlığındakı magistral yolda sürət həddini aşıb.
Belə ki, Rays magistral yolda 48 km/saat sürət həddi zonasında saatda 60 km sürətlə hərəkət edib.
Cəmi beş gün sonra, yanvarın 8-də o, yenidən sürət həddini aşıb.
Bu dəfə futbolçu eyni yolda 64 km/saat sürət həddi zonasında 79 km/saat sürətlə hərəkət edib.
Rays həmçinin 2185 funt sterlinq cərimə olunub.
Qeyd edək ki, Rays bu mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 28 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz