Tramp Venesuelaya ikinci hücum dalğasını ləğv etdi


ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ ilə əməkdaşlıq etdiyini və buna görə də, ölkəyə qarşı ikinci hücum dalğasını dayandırdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, ”Truth Social” hesabında yazıb.
“Amerika Birləşmiş Ştatları və Venesuela birlikdə uğurla əməkdaşlıq edirlər, buna görə də, əvvəllər gözlənilən ikinci hücum dalğasını ləğv etdim. Görünür, artıq buna ehtiyac qalmayacaq”, - Amerika lideri əlavə edib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelaya qarşı əməliyyat keçiriib və paytaxt Karakasda, həmçinin Fort Tiuna hərbi bazasında partlayışlar baş verib. ABŞ Prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandırıb və ABŞ qüvvələrinin Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Maduronu saxladığını elan edib. Ağ Ev rəhbəri Maduronun artıq prezident olmadığını və ABŞ-nin hakimiyyət keçidinə qədər Venesuelaya nəzarəti ələ keçirdiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top