“Siti” Semenyonu heyətinə qatdı


“Mançester Siti” “Bornmut”un vingeri Antuan Semenyonun transferini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Mançester Siti”nin rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, tərəflər beş il yarımlıq müqavilə imzalayıblar.
Medianın məlumatına görə, Semenyonun transfer qiyməti 75 milyon avro (65 milyon funt sterlinq) olub.
Qanalı vinger “Mançester Siti”yə keçmək üçün Premyer Liqanın dörd klubundan (“Çelsi”, “Tottenhem”, “Liverpul” və “Mançester Yunayted”) imtina etməli olub.
Onun ispan məşqçisi Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq istəməsi transferdə əsas rol oynayıb.
Qeyd edək ki, 25 yaşlı Antuan Semenyo cari İngiltərə Premyer Liqası mövsümündə 20 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. 
O, 2023-cü ildən bəri “Bornmut”da oynayır və əvvəllər İngiltərənin “Bristol Siti”, “Bat Siti”, “Nyuport Kaunti” və “Sanderlend” klublarında oynayıb.
Yarımmüdafiəçi Qana millisində 32 oyun keçirib və üç qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top