Türk Hava Yolları Tehrana uçuşlarını ləğv etdi


Türk Hava Yolları iqtisadi böhran fonunda hökumət əleyhinə kütləvi etiraz aksiyaları iə əlaqədar İranın paytaxtı Tehrana cümə günü həyata keçirəcəyi beş reysi ləğv edib.
Yeniavaz.com
”Hurriyet Daily News”a istinadla xəbər verir ki, İran aviaşirkətləri tərəfindən həyata keçirilən beş reys də ləğv edilib, daha yeddi reys isə planlaşdırıldığı kimi davam edir.
Türkiyə hakimiyyəti reyslərin dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Türkiyənin İranla təxminən 500 kilometr (300 mil) sərhədi var və iki ölkə arasında üç aktiv quru yolu keçidi mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top