“Hərbi büdcə 2027-ci ildə 1,5 trilyon dollara qədər artırılmalıdır” – Tramp


ABŞ Prezidenti Donald Tramp ABŞ-nin 2027-ci il üçün hərbi büdcəsinin 1,5 trilyon dollara çatdırılmasının zəruri olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “TruthSocial” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Senatorlar, Konqres üzvləri, katiblər və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra belə bir nəticəyə gəldim ki, millətimizin rifahı naminə, xüsusən də bu son dərəcə narahat və təhlükəli dövrlərdə 2027-ci ilin müdafiə büdcəsi bir trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır”, - Tramp qeyd edib.
Qeyd edək ki, dekabrın 18-də Tramp 2026-cı maliyyə ili üçün ABŞ-nin müdafiə büdcəsini imzalayıb. Ümumi məbləğ 900 milyard dollardan çox olub ki, bunun 400 milyon dolları Ukraynaya silah satışına xərclənəcək.
Ağ Ev rəhbərinin sözlərinə görə, sənəd ABŞ Hərbi Departamentinə “Güc vasitəsilə sülh” proqramını həyata keçirməyə, ölkəni daxili və xarici təhdidlərdən qorumağa, müdafiə sənayesi bazasını gücləndirməyə və eyni zamanda israfçı və radikal proqramların maliyyələşdirilməsini dayandırmağa imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top