ABŞ 2025-ci ildə rekord sayda “F-35” istehsal edib


Amerikanın “Lockheed Martin” müdafiə sənayesi şirkəti 2025-ci ildə rekord sayda “F-35 Lightning II” qırıcı təyyarəsi istehsal edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, keçən il 191 “F-35” qırıcı təyyarəsi tədarük edilib ki, bu da əvvəlki ilin göstəricisini (142) xeyli geridə qoyub.
“Lockheed Martin” şirkəti həmçinin, qeyd edib ki, “F-35”in illik istehsalı hazırda ABŞ-nin inventarındakı digər qırıcı təyyarələrin istehsal həcmindən beş dəfə çoxdur.
Qeyd edək ki, oktyabrın 20-də Almaniyanın “Der Spiegel” jurnalı Almaniyanın müdafiə naziri Boris Pistoriusun əlavə 15 ədəd Amerika istehsalı olan F-35 qırıcı təyyarəsi almağı planlaşdırdığını bildirib. Nazir bu qırıcı təyyarələrin qiymətinin təxminən 2,5 milyard avro (2,9 milyard dollar) olacağını əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top