Tramp Kolumbiya Prezidenti ilə danışdı – Ağ Evdə görüşəcəklər


Amerika Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə telefon danışığı apardığını və tezliklə Ağ Evdə onunla görüşmək niyyətində olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Narkotik və digər fikir ayrılıqları ilə bağlı vəziyyəti izah etmək üçün zəng edən Kolumbiya Prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi. Onun zəngini və tonunu yüksək qiymətləndirirəm və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm”, - Tramp bildirib.
Daha sonra Amerika lideri dövlət katibi Marko Rubio və Kolumbiya Xarici İşlər Nazirliyinin hazırlıqlara rəhbərlik etdiyini və görüşün Vaşinqtonda Ağ Evdə keçiriləcəyini qeyd edib.
Qeyd edək ki, yanvarın 3-də Tramp Venesuelada ABŞ-nin hərbi əməliyyatına cavab olaraq Petro ilə bağlı xəbərdarlıqlarının qüvvədə qaldığını bildirmişdi. Amerika lideri həmçinin, Kolumbiya Prezidentini narkotik istehsalını təşviq etməkdə günahlandırmışdı. O, Kolumbiya hakimiyyəti narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməsə, ABŞ-nin Kolumbiyaya qarşı güclü tədbirlər görə biləcəyini qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top