
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelin partiyasının Türkiyə Böyük Millət Məclisindəki iclasında çıxışı maraqla qarşılanıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, çıxışında yunan jurnalistin Türkiyə Prezidenti ilə bağlı sözlərinə sərt reaksiya verib.
“Bəzi insanlar çıxıb süni intellektdən istifadə edərək, Ərdoğanın şəklini düzəldirlər və bəzi cahil, həddini bilməz yunan jurnalist də deyir ki, “Onlar Ərdoğanı da belə aparacaqlar”. Orada dayan. Nəinki Türkiyə Respublikasının Prezidentini, hətta Prezident Sarayının qarşısından bir vətəndaşımızı belə aparmağa cəsarəti olan varsa, qoy irəli çıxsın. O qədər də deyil”, - deyə Özəl bildirib.
Daha sonra Özel Maduronun ölkəsində apardığı siyasətə də münasibət bildirib.
“Əgər Maduro ölkəsində ədalətli rəqabəti təmin etsəydi və xalqına ədalətli yanaşsaydı, xalq onu dəstəkləyərdi. Maduro nümunəsi hamımıza xatırlatmalıdır ki, incikliklər, mübahisələr, gərginliklər və bir ölkənin daxili cəbhəsini zəiflətməyə yönəlmiş hər şey həmin ölkədəki hər kəs üçün təhlükədir. İndi daxili münaqişələrdən imtina etməyin, qütbləşməyə son qoymağın, sosial sülhü təmin etməyin vaxtıdır”, - CHP sədri deyib.
Tətbiqimizi yükləyə bilərsiniz