
Yanvarın 28-də keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda baş tutacaq Liverpul – Qarabağ qarşılaşması üçün biletlər artıq satışdadır.
Yeniavaz.com xəbər verir ki, oyuna giriş üçün ən aşağı qiymətli bilet 9 funt sterlinqdir (21 manat)
Biletlərin maksimal qiyməti isə 61 funt sterlinq (140 manat) səviyyəsinədək yüksəlir.
Satış prosesi yanvarın 7-də yekunlaşacaq.
Qeyd edək ki, 61 min tamaşaçı tutumuna malik Enfild stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz