Venesuelada Prezident Sarayı yaxınlığında silah səsləri eşidildi


Venesuelanın paytaxtı Karakasdakı Prezident Sarayının yaxınlığında silah səsləri eşidilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BNO News” portalı məlumat yayıb.
Portalın dərc etdiyi məlumata görə, ilk atəş səsləri yerli vaxtla saat 20:30-da (Bakı vaxtı ilə saat 04:30) eşidilib.
Portal bildirib ki, baş verənlərə icazəsiz ərazi üzərində uçan dronlar və polisin xəbərdarlıq atəşləri səbəb olub.
Hadisədən sonra Karakasın mərkəzi hissəsindəki hökumət binaları boşaldılıb. Vəziyyətlə əlaqədar olaraq, müəssisələrin fəaliyyəti dayandırılıb və atışma zonasına bitişik ərazilərə giriş bağlanıb.
Hökumətdəki mənbələr vəziyyətin nəzarət altında olduğunu bildirib.
Digər tərəfdən, “NBC News” telekanalı ABŞ-nin Venesuela paytaxtında baş verən atışma ilə bağlı məlumatları diqqətlə izlədiyini qeyd ediib. ABŞ administrasiyasının mənbələri Vaşinqtonun hadisədə iştirak etmədiyini bildirib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyata başlayıb, prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq Nyu-Yorka aparılıb. ABŞ Prezident Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-nin milli təhlükəsizliyini təhdid etmək ittihamları ilə mühakimə olunacağını elan edib. 

DİGƏR XƏBƏRLƏR

Top