Kadırov 20 yaşlı oğlunu baş nazirin müavini təyin etdi


Çeçenistan lideri Ramzan Kadırov böyük oğlu, 20 yaşlı Axmat Kadırovu respublika hökuməti sədrinin müavini təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ramzan Kadırov teleqram kanalında məlumat yayıb.
Axmat Kadırov Çeçenistan hökuməti sədrinin müavini vəzifəsini tutduqdan sonra 2024-cü ilin mayında götürdüyü regional bədən tərbiyəsi və idman naziri vəzifəsini qoruyacaq. Buna qədər o, dörd ay (2024-cü ilin fevralından may ayına kimi) Çeçenistanın gənclərlə iş üzrə naziri vəzifəsində çalışıb.
Ramzan Kadırovun ikinci oğlu Zelimxan 2024-cü ildə “Axmat” çeçen döyüş klubunun və Çeçenistan Boks Federasiyasının rəhbəri təyin edilib. Onun üçüncü oğlu Adam isə 2025-ci ildə respublikanın Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub.
Proekt” in hesablamalarına görə, hazırda Ramzan Kadırovun ən azı 96 qohumu hökumətdə və ya hakimiyyətdə işləyir. Son illər mətbuatda və sosial şəbəkələrdə Kadırovun ağır xəstəliyi ilə bağlı şayiələr yayılıb. “Novaya qazeta Avropa” mənbələrə istinadən yazır ki, Çeçenistan rəhbərinə hələ 2019-cu ildə pankreas nekrozu diaqnozu qoyulub. Kadırov özü səhhətində hər hansı problem olduğunu inkar edir.

DİGƏR XƏBƏRLƏR

Top