“Bu baş verərsə, ABŞ İrana ağır zərbə endirəcək” − Tramp


Etiraz aksiyaları zamanı mülki əhali arasında itkilər baş verərsə, ABŞ İrana hərbi zərbə endirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vest Palm-Biçdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə bildirib.
“Biz İrandakı etirazları çox diqqətlə izləyirik”, - Ağ Ev rəhbəri vurğulayıb.
Amerika lideri İslam Respublikasında etiraz edən əhali arasında itkilərin olacağı təqdirdə bunun nəticələrinin olacağını açıq şəkildə bildirib:
“Mən inanıram ki, onlar ABŞ-dən çox ağır zərbə ilə üzləşəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top