
Keniyanın ən məşhur fili, “Super diş” ləqəbli Kreyq 54 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə filin yaşadığı Amboseli Milli Parkı məlumat yayıb.
Bildirilib ki, heyvan Afrika vəhşi təbiətinin simvolu olub:
“Kreyqin 54 yaşı təzəcə tamam oldu. O, uzun ömür sürdü və şübhəsiz ki, çoxlu fillərin atası olub”.
Kreyq 90 kiloqrama qədər çəkisi olan dişləri (çölə çıxan 2 diş) ilə yaşı və nəhəng ölçüsü ilə məşhurlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz