
“Qırmızı bülleten”i ilə axtarışda olan ümumilikdə 40 şübhəli saxlanılaraq Türkiyəyə ekstradisiya edilib.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Təhlükəsizlik Baş İdarəsi və Ədliyyə Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilən əməliyyatlar Gürcüstan, Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstanda aparılıb.
Məlumata görə, “qırmızı bülleten”lə axtarılan şəxslər arasında “qəsdən adam öldürmə”, “cinayət təşkilatına üzv olma”, “narkotik vasitələrin qanunsuz dövriyyəsi”, “quldurluq”, “rəsmi sənədlərin saxtalaşdırılması” və “informasiya sistemləri vasitəsilə dələduzluq” və s. kimi ağır cinayətlərdə ittiham olunanlar da var.
Tətbiqimizi yükləyə bilərsiniz