Yəmən 90 günlük fövqəladə vəziyyət elan etdi


Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimi ölkədə 90 günlük fövqəladə vəziyyət elan edən fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, sənədin mətni Yəmənin SABA xəbər agentliyi tərəfindən dərc edilib.
Fərmanda deyilir ki, respublikada fövqəladə vəziyyət 30 dekabr 2025-ci il, çərşənbə axşamı günü 90 gün müddətinə qüvvəyə minəcək və uzadılması mümkündür.
Sənədə əsasən fövqəladə vəziyyət 2014-cü ildən bəri davam edən çevrilişə qarşı mübarizə zərurəti, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən Yəmənin şərq əyalətlərinə hərbi hücum başlatmaq əmri alan üsyançı elementlərin təhrik etdiyi üsyan səbəbindən tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top