
Suriya Prezidenti Əhməd əl-Şaraa keçmiş prezident Bəşər Əsəd və atası Hafiz Əsədin portretləri əvəzinə, üzərində qızılgül, tut, portağal, pambıq, zeytun və sünbül təsvir olunmuş yeni əskinasları təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, prezident ölkədə yeni əskinasların tətbiqinin denominasiya ilə bağlı olduğunu və bunun Suriya üçün bir dövrün sonunu və yeni bir dövrün başlanğıcını ifadə etdiyini bildirib.
O qeyd edib ki, qızılgül, tut, portağal, pambıq, zeytun və sünbüldən ibarət yeni əskinaslar Suriyanın irsini əks etdirir və dollardan asılılığı azaltmaq məqsədi daşıyır.
Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqədr Xusri isə ölkədə yeni valyuta vahidinin - bu gün 100 funt sterlinqə bərabər olan Suriya funt sterlinqinin tətbiqini əhatə edən pul islahatının həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, 10 ilə 500 Suriya funtu arasında dəyişən nominallı yeni əskinaslar yanvarın 1-də dövriyyəyə buraxılacaq.
Qeyd edək ki, dəyişiklikdən əvvəl 2000 funt sterlinqlik əskinasda Bəşər Əsədin portreti, 1000 funt sterlinqlik əskinasda isə atası Hafiz Əsədin portreti var idi.
Qalan əskinaslarda isə Suriya mədəni irs yerləri təsvir edilmişdi.





Tətbiqimizi yükləyə bilərsiniz