Ermənistanda müxalifət partiyasının baş katibi saxlanıldı


Ermənistanın müxalif “Vətən” Partiyasının baş katibi Xaçik Qalstyan saxlanılıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə onun vəkili Arsen Babayan sosial mediada məlumat verib.
Əməliyyat Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən həyata keçirilib.
Daha sonra bu partiyanın digər nümayəndəsi Aram Koçaryanın saxlanıldığı bildirilib.
Bu barədə sosial mediada partiyanın mətbuat katibi Ripsime Arakelyan məlumat verib.
Ermənistanda “Vətən” Partiyası 2020-ci ildə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan tərəfindən təsis edilib. O, 2019-cu ilin sentyabrında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib və bundan sonra müxalifətə qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top