
Latviya Rusiya ilə sərhəddə sədd tikintisini başa çatdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə LETA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ümumilikdə, Rusiya ilə sərhəddə təxminən 280 kilometr uzunluğunda sədd çəkilib.
Səddin çəkilməsi ilə nəzərdə tutulan yerlərdə texniki cəhətdən davamlı maneə yaradılıb.
Latviya gələn ilin sonuna qədər bütün sərhədin texnoloji infrastrukturla təchiz edilməsini başa çatdırmağı planlaşdırır.
Qeyd edək ki, layihənin dəyəri əvvəllər 146 milyon avro olaraq qiymətləndirilirdi.
Tətbiqimizi yükləyə bilərsiniz