
“Liverpul”un və İngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll təqib əmrini pozduğuna görə həbs cəzası gözləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bundan əvvəl “The Sun” nəşri İngiltərə Premyer Liqasının keçmiş oyunçusunun aprel ayında zorlama cəhdində şübhəli bilinərək Londonun Stansted hava limanında pasport nəzarəti zamanı saxlanıldığını bildirmişdi. Futbolçu zaminə buraxılıb.
“Kerroll təqib əmrini pozmaqda ittiham olunub. O, dekabrın 30-da Çelmsford Magistrates Məhkəməsində iclasa çıxarılacaq”, - Essex polisinin sözçüsü bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz